Flamini İtaliyaya qayıdır

Fransa milli komandasının və “Milan”ın sabiq futbolçusu Matye Flamini İtaliyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə “Breşiya” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Flamini ilə danışıqların aparıldığı bildirilir.

2008-2013-cü illər aralığında “Milan”da çıxış edən yarımmüdafiəçi, “Arsenal”, “Kristal Pelas”, “Xetafe” kimi klublarda da forma geyinib. Flamini 2019-cu ilin yayından işsizdir.