Sisse məşqçiliyə başladı

Fransa milli komandasının sabiq hücumçusu Cibril Sisse məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, keçmiş futbolçusu “Marsel” klubunun akademiyasında hücumçular üzrə məşqçi olacaq. Bu barədə o, “tvitter” hesabında paylaşım edib.

Sisse karyerası ərzində “Liverpul” (İngiltərə), “Marsel”, “Oser”, “Bastia” (hamısı Fransa), “Sanderlend” (İngiltərə), “Panatinaikos” (Yunanıstan) kimi klubların formasını geyinib.