Cibril Sisse futbola qayıdır – yeni klubu bilindi

Fransa milli komandasının sabiq futbolçusu Cibril Sisse yenidən futbola qayıdır.

Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçu “Dijon” klubu ilə müqavilə imzalayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Sissenin transferinin yaxın zamanda açıqlanacağı gözlənilir.

2019-cu ilin yayında karyerasını bitirən Sisse, bir müddət əvvəl verdiyi açıqlamada, Fransa çempionatında 100 qol səddini aşmaq istədiyini demişdi. Keçmiş hücumçunun Liqa 1-də 96 qol var.

Sisse karyerası ərzində “Liverpul” (İngiltərə), “Marsel”, “Oser”, “Bastia” (hamısı Fransa), “Sanderlend” (İngiltərə), “Panatinaikos” (Yunanıstan) kimi klubların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button