Fransa millisinin üzvündə koronavirus aşkarlandı

Fransa milli komandasının futbolçusu Vissam Ben Yedder koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçunun Finlandiya ilə yoxlama oyunundan (0:2) sonra verdiyi koronavirus testi müsbət çıxıb və Ben Yedder millinin düşərgəsini tərk edib.

“Monako” klubuna məxsus olan hücumçu yenidən koronavirus testindən keçəcək.