“Biz Fransayıq, dünya çempionuyuq, bizdən qorxmalıdırlar”

Fransa milli komandasının futbolçusu Lukas Hernandes AÇ-2020-də yer aldıqları qrupu dəyərləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi, Almaniya və Portuqaliya yığmaları ilə yer aldıqları qrupda rəqiblərinin onlardan qorxmalı olduğunu deyib:

“Münhendə Almaniya ilə oynamaq asan olmayacaq. Ancaq qalib olmaq istəyirsizsə, ən yaxşı komandaları udmalısız. Çəkindiyimiz bir şey yoxdur.

“Ölüm qrupu”na düşdüyümüzü deyə bilərik. Bütün rəqiblər çətindir. Biz Fransayıq, dünya çempionuyuq, bizdən qorxmalıdırlar”.