Fransa millisində ciddi itki – Türkiyə ilə oyunu buraxa bilər

Fransa milli komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, millinin üzvü Nqolo Kante zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Kante, Fransa yığmasının AÇ-2020-nin seçmə mərhələsində İslandiya ilə qarşılaşdığı oyundan (1:0) əvvəl, isinmə hərəkətləri edən zamanı zədələnib. 28 yaşlı yarımmüdafiəçi bu səbəbdən İslandiya ilə oyunda iştirak etməyib.

Kantenin son durumu tibbi müayinədən sonra bilinəcək. Yarımmüdafiəçinin Fransa millisinin AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Türkiyə ilə qarşılaşacağı oyunda iştirakı şübhəlidir.

Oktyabrın 14-də keçiriləcək Fransa – Türkiyə oyunu saat 22:45-də start götürəcək.