“Fransa mətbuatı Messini məhv edir”

“Barselona”nın və Argentina millisinin sabiq futbolçusu Serxio Aquero Çempionlar Liqasının “Real”la oyunundan (1:0) sonra PSJ-nin hücumçusu Lionel Messiyə yönələn tənqidlər haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Aquero, “Real”la matçda penalti zərbəsi uğursuz olan həmyerlisini müdafiə edib:

“Messi üçün çox uğursuz penalti idi. Amma Leo “Real”la görüşdə çox yaxşı oynadı. Bunu dostum olduğu üçün demirəm. Messi həqiqətən çox gözəl oynadı. O, çox aktiv idi. Penaltiyə görə heyifslənmək olar, amma bu, hamının başına gəlir.

Fransa mətbuatı onu məhv edir. Fransa jurnalına müsahibə verməyi planlaşdırmışdım, ancaq imtina etdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button