PSJ darmadağınla başladı

Bu gün Fransa Liqa 1-də 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk turun görüşləri 3 günü əhatə edib. Açılış oyununda “Monako” “Lion”u qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha altı görüş baş tutub. “Marsel” “Reyms”lə ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıb. “Anje” “Bordo”ya, “Nitsa” “Amyen”ə qalib gəlib. “Sent-Etyen” səfərdə “Dijon”dan, “Renn” isə “Monpelye”dən üstün olub. “Brest” – “Tuluza” matçında da qalib müəyyənləşməyib.

Son çempion PSJ, bu turda doğma azarkeşləri önündə “Nim”i qəbul edib və darmadağına sevinib. “Lill” isə “Nant”ı sınağa çəkib. Bu oyunda da meydan sahibləri qələbəni bayram ediblər.

Fransa Liqa 1, 1-ci tur

9 avqust

Monako – Lion 0:3
Qol
: Dembele, 5. Depay, 36. Tuzar, 82.

10 avqust

Marsel – Reyms 0:2
Qol
: Dia, 58. S.H.Yun, 90.

Anje – Bordo 3:1
Qol
: Adelayde, 27. Pereyra, 33. Manqani, 45 – De Preville, 4.

Brest – Tuluza 1:1
Qol
: Autret, 25 – Koloris, 89.

Dijon – Sent-Etyen 1:2
Qol
: Tavares, 34-pen – Hamuma, 5. Aholo, 11.

Monpelye – Renn 0:1
Qol
: Morel, 6.

Nitsa – Amyen 2:1
Qol
: Herelle, 32. Dante, 90+5 – Akolo, 81.

11 avqust

Lill – Nant 2:1
Qol
: Osimen, 19; 80 – Z.Çelik, 51-öz qapısına.

Strasburq – Mets 1:1
Qol
: Tomasson, 21 – Diallo, 47.

PSJ – Nim 3:0
Qol
: Kavani, 24-pen. Mbappe, 56. Di Mariya, 69.

Bombardir: Viktor Osimhen (Lill) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button