“Marsel” azarkeşləri sakitləşmir – daha bir kütləvi dava FOTO

Fransa Liqa 1-in 7-ci turu çərçivəsində keçirilən “Anje” – “Marsel” matçından sonra insident yaşanıb.

Komanda.az xəbər verir ki, 0:0 hesabıyla bitən qarşılaşmanın final fitindən sonra “Marsel” fanatları meydana girərək, rəqib azarkeşlərə tərəf qaçıblar. Bu zaman iki komanda tərəfdarları arasında kütləvi dava baş verib və stadionun avadanlıqlarına da ziyan dəyib.

Daha əvvəl, Liqa 1-in 3-cü turunun “Nitsa” – “Marsel” matçında da “Marsel”in azarkeşləri meydana daxil olmuş və futbolçularla dalaşmışdılar.