Fitə basılan Neymar: “PSJ-dən ayrılmaq istədiyimi hər kəs bilirdi”

Fransa Liqa 1-in 5-ci turunda “Strasburq”u məğlub edən PSJ-nin futbolçusu Neymar açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada yeganə qolu vuran və azarkeşlər tərəfindən fitə basılan Neymar, bunları deyib:

“Azarkeşləri başa düşürəm və onlar üçün çətin olduğunu bilirəm. Ancaq indi mən PSJ-nin oyunçusuyam. Karyeramda çox vaxt azarkeşlər tərəfindən fitə basılmışam. Artıq hər oyunu səfərdəymişik kimi oynayacam. Təəssüf, ancaq azarkeşlərə bir şey deməyəcəm.

PSJ-dən ayrılmaq istədiyimi hər kəs bilirdi. Bunu demişdim və təkrarlaya da bilərəm. Detallara girmək istəmirəm. Bu səhifə bağlandı. İndi PSJ-dəyəm və meydanda bütün gücümü verəcəm”.