“Monako”nun futbolçusu, “Marsel”in baş məşqçisi cəzalandırıldı

Fransa Liqa 1-in 28-ci turunun “Nitsa” ilə matçında qırmızı vərəqə alan “Monako”nun futbolçusu Stevan Yovetiçin cəzası bəlli olub.

Komanda.az xəbər verir ki, Liqa 1-in İntizam Komitəsi monteneqrolu hücumçunu 3 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yovetiç “Monako”nun “Sent-Etyen”, “Lill” və “Nant”la qarşılaşacağı matçlarda iştirak etməyəcək.

“Marsel” – “Nim” matçında (2:2) baş hakimi sərt şəkildə tənqid edən meydan sahiblərinin baş məşqçisi Andre Villaş-Boaş isə bir oyunluq diskvalifikasiya olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button