“Monako” heç-heçə, “Nitsa” qələbəylə başladı

Fransa Liqa 1-də 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk turun oyunları üç günü əhatə edib. Yeni mövsümün açılış matçında “Bordo” və “Nant” klubları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

“Dijon” evdə “Anje”yə minimal hesabla uduzub. “Lill” isə “Renn”i qəbul edib. Komandalar hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçəylə ayrılıblar.

Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandıran “Lion” və turnirin finalına yüksələn PSJ-nin ilk tur matçı təxirə salınıb. PSJ – “Mets” və “Monpelye” – “Lion” oyunları sentyabrda keçiriləcək.

“Marsel” – “Sent-Etyen” görüşü isə ev sahibi komandanın bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Fransa Liqa 1, 2020/21 mövsümü, 1-ci tur

21 avqust

Bordo – Nant 0:0

22 avqust

Dijon – Anje 0:1
Qol
: Traore, 22.

Lill – Renn 1:1
Qol
: Bamba, 40 – Boey, 35.

23 avqust

Monako – Reyms 2:2
Qol
: Disasi, 45+2. Badiaşile, 55 – Dia, 5. Ture, 21.

Loryan – Strasburq 3:1
Qol
: Vissa, 51. Qrbiç, 60. Hamel, 87 – Çahiri, 30.

Nim – Brest 4:0
Qol
: Denkey, 8. Melinq, 31. Filipotu, 69. Kone, 84.

Nitsa – Lans 2:1
Qol
: Quiri, 23; 75 – Kakuta, 11-pen.

Bombardir: Amin Quiri (Nitsa) – 2 qol

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button