Liqa 1-də dekabrın ən yaxşı futbolçusu

Fransa Liqa 1-də dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Monpelye” klubunun hücumçusu Teci Savanyedir.

30 yaşlı futbolçu ötən ay çempionatda iştirak etdiyi 4 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.