PSJ-dən mövsümün son matçında məğlubiyyət

Fransa Liqa 1-də sonuncu – 38-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə olub. Çempion PSJ “Reyms” səfərinə yollanıb və mövsümü məğlub başa vurub. “Monako” “Nitsa”ya uduzubsa, “Lion” “Nim”lə qarşılaşmadan çətin qələbəylə ayrılıb.

Beləliklə, çempion PSJ ilə yanaşı, “Lill” və “Lion” Fransanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib. Son iki pillədə qərarlaşan “Kan” və “Genqam” gələn mövsüm Liqa 2-də mübarizə aparacaq. 18-ci yeri tutan “Dijon”u isə elitada qalmaq üçün pley-off oyunları gözləyir.

Fransa Liqa 1, 38-ci tur

24 may

Amyen – Genqam 2:1
Qol
: Jirassi, 14. Qoddos, 47 – Mendi, 66.

Anje – Sent-Etyen 1:1
Qol
: Moulin, 70-öz qapısına – Nordin, 64.

Kan – Bordo 0:1
Qol
: Sankare, 19.

Dijon – Tuluza 2:1
Qol
: Sliti, 58. Tavares, 62 – Diakite, 33.

Marsel – Monpelye 1:0
Qol
: Toven, 56.

Nant – Strasburq 0:1
Qol
: Motiba, 60-pen.

Nitsa – Monako 2:0
Qol
: Badiaşile 36-öz qapısına. Bihan, 67-pen.

Nim – Lion 2:3
Qol
: Ripar, 11. Bobikon, 45 – Korne, 6; 89. Ndombele, 90.

Reyms – PSJ 3:1
Qol
: Baba, 36. Kafaro, 56. Çavarria, 90 – Mbappe, 59.

Renn – Lill 3:1
Qol
: Nyanq, 16-pen; 71. Sarr, 59. – Remi, 35.

Bombardir: Kilian Mbappe (PSJ) – 33 qol.