Fransa klubunun futbolçusu koronavirusa yoluxdu

Fransanın “Dijon” klubunun futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.

Məlumatda, komanda üzvlərinin koronavirus testindən keçirildiyi və bir nəfərin nəticəsinin pozitiv olduğu bildirilib. Həmin futbolçunun adı açıqlanmayıb.

Koronavirusa yoluxan futbolçu karantinə alınıb.