Fransa klubunda yeni müqavilə

Fransanın “Nant” klubu yarımmüdafiəçisi Abdul Kader Bamba ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu ilə 2022-ci ilin yayına qədər olan müqavilənin müddəti daha 2 il artırılıb. Bir sözlə, fransalı futbolçu 2024-cü ilə qədər “Nant”ın uğurları üçün çalışmağa davam edəcək.

Bamba koronavirus pandemiyasına görə yarımçıq dayandırılan və başa çatdığı elan olunan Fransa çempionatının 2019/20 mövsümündə 27 oyuna çıxıb, 1 qola imza atıb.