“Beşiktaş”ın istədiyi futbolçudan yeni müqavilə

Fransanın “Lion” klubu futbolçusu Rafaelin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2008-2015-ci illər aralığında “Mançester Yunayted”in şərəfini qoruyan Rafael, 2015-ci ilin yayında 10 milyon avro qarşılığında “Lion”a transfer edilib. 28 yaşlı sağ cinah müdafiəçisi 2 dəfə də Braziliya millisinin formasını geyinib.

Rafaellə Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” klubları yaxından maraqlanırdı. Onun “Lion”la əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.