Fransa klubunda yeni baş məşqçi

Fransanın “Bordo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi portuqaliyalı məşqçi Paulo Souzaya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar.

Souza son olaraq İtaliyanın “Fiorentina” klubunda baş məşqçi olub.

Bu ilin yanvar ayında baş məşqçisi Joslen Qurvenneki istefaya göndərən “Bordo”ya həmin dövrdən bəri komandanın məşqçisi Erik Bedue rəhbərlik edirdi. Sözügedən komanda cari mövsümdə 27 oyuna 32 xal toplayıb və 13-cü pillədə qərarlaşıb.