Fransa klubunda yeni baş məşqçi

Fransanın “Olimpik” (Marsel) komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra xorvatiyalı İqor Tudor çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəz edib.

Tudorun sonuncu iş yeri bu yay ayrıldığı İtaliyanın “Verona” komandası olub.