Fransa klubunda yeni baş məşqçi

Fransanın “Mets” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Vensan Onyonu Frederik Antonetti ilə əvəz edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Antonetti 2018/19 mövsümündə də “Mets”i çalışdırıb və bu komandanı Liqa 2-də çempion edərək elitaya çıxarıb. Lakin həmin dövrdə həyat yoldaşı vəfat edən 59 yaşlı mütəxəssis komandadan ayrılmağa qərar verib, baş məşqçi postu isə onun köməkçisi Onyona tapşırılıb. “Mets” rəhbərliyi bir illik fasilədən sonra sabiq çalışdırıcısını yenidən geri qaytarmağa qərar verib.

Antonetti karyerası ərzində “Bastiya”, “Sent-Etyen”, “Nitsa”, “Renn” və “Lill” klublarını da çalışdırıb.

Liqa 1-də geridə qalan 6 tur ərzində cəmi 7 xal toplamış “Mets”, hazırda 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.