Fransa klubu PSV-nin futbolçusu ilə gücləndi

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Pablo Rosarionu transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Rosario peşəkar karyerasına “Almere Siti” klubunda başlayıb. O, 2016-cı ildən PSV-də çıxış edirdi. Niderlandlı futbolçu bu komandanın heyətində keçirdiyi dörd mövsüm ərzində 120 matça çıxıb, 5 qola imza atıb. Pablo Niderlandın əsas yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button