Fransa klubu Molla ilə gücləndi

Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Udineze” klubunun müdafiəçisi Volla Vaqeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Malili futbolçunun transferi yeni klubuna 1,5 milyon avroya başa gəlib.

Vaqe ötən mövsüm icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda oynayıb.