Fransa klubu Balotellidən imtina etdi

Fransanın “Marsel” klubu Mario Balotelli ilə yeni müqavilə bağlamaqdan imtina edib.

Komanda.az xəbər verir ki, bunu Liqa 1 klubunun rəhbəri Jak-Anri Eyro deyib.

O bildirib ki, İtaliya millisinin hücumçusunun müqavilə müddəti iyulun 1-də rəsmən başa çatıb və klub ona yeni sözləşmə təklif etməyəcək. Bu isə o deməkdi ki, artıq azad agent statusu alan Balotelli hazırda klubsuzdu.

Balotelli Marsel təmsilçisinə bu ilin yanvarında “Nitsa”dan keçmişdi.