Fransa çempionu millinin sabiq üzvü ilə gücləndi

Fransa çempionu “Lill” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi fransalı yarımmüdafiəçi Hatem Ben Arfanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 6 aylıq müqaviləyə imza atıblar. “Bordo” ilə müqaviləsinə xitam verən 34 yaşlı oyunçu üçün heç bir transfer haqqı ödənilməyəcək. Fransa millisinin sabiq üzvü “Lill”də 11 nömrəli formanı geyinəcək.

Hatem Ben Arfa 2020-ci ilin oktyabrından “Bordo”nun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button