İspaniya mətbuatı: “Qızıl top”un qalibi Messi olacaq

“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı futbolçusuna verilən “qızıl top” mükafatının qalibi bu gün bəlli olacaq.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatı artıq qalibin adını açıqlayıb. Belə ki, “Mundo Deportivo” və “Marca” nəşrlərinin xəbərinə görə, “qızıl top”u Lionel Messi qazanacaq. İspanların iddia etdiyi kimi olsa, “Barselona”nın hücumçusu karyerasında 6-cı dəfə “qızıl top”u qazanmış olacaq.

“Qızıl top” mükafatına son namizədlər Lionel Messi, Kriştiano Ronaldo və Vircil Van Daykdır.

“Qızıl top” mükafatının açıqlanacağı tədbir bu gün, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button