Formula 1-də iki qran-pri təxirə salındı

Formula 1-də cari mövsümün ilk iki qran-prisi təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Avstraliya və Çin qran-prisi təxirə salınıb. Bu səbəblə, yarışın təqvimində dəyişiklik edilib. Turnirdə mövsüm Bəhreyn qran-prisi ilə başlayacaq. Yarış bu il martın 28-də başlayacaq.

19-21 martda keçirilməli olan Avstraliyadakı yarış isə cari ilin noyabrın 19-21-də keçiriləcək.

Bundan əlavə, Braziliya, Səudiyyə Ərəbistanı və Əbu-Dabidaki yarışların tarixləri dəyişib.

Azərbaycan Qran-prisi 4-6 iyunda gerçəkləşməlidir.