Formula 1: Azərbaycan qran-prisinin tarixi açıqlandı

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, gələn il keçiriləcək Azərbaycan qran-prisinin də tarixi dəqiqləşib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytının yaydığı məlumata görə, yarış 28-30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib. Bakı trasındakı son qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.

2023-cü ilin 5 martında Bəhreyndə start götürəcək mövsümə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yekun vurulacaq.