Yaşı 21-dən çox olmayan ən dəyərli futbolçular SİYAHI

“Forbes” nəşri yaşı 21-dən çox olmayan futbolçuların qiymətlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb. 21 yaşlı fransız futbolçunun hazırkı qiyməti 183,3 milyon avrodur.

Siyahının 2-ci sırasında “Atletiko”dan Joao Feliks qərarlaşıb. Portuqaliyalı hücumçunun dəyəri 104 milyon avrodur. 3-cü yerin sahibi isə “Çelsi”nin yeni transferi Kay Havertsdir. Alman futbolçunun qiyməti 98 milyon avrodur.

İlk 10-luq

1 Kilian Mbappe (21 yaş, PSJ – Fransa) – 183,3 milyon avro
2 Joao Feliks (20, “Atletiko” – İspaniya) – 104
3 Kay Haverts (19, “Çelsi” – İngiltərə) – 98
4 Alfonso Deyvis (19, “Bavariya” – Almaniya) – 88,3
5 Matteys De Liqt (21, “Yuventus” – İtaliya) – 86,8
6 Ceydon Sanço (20, “Borussiya” Dortmund -Almaniya) – 86,6
7 Erlinq Haland (20, “Borussiya” Dortmund -Almaniya) – 68,3
8 Əşrəf Hakimi (21, “İnter” – İtaliya) – 66,3
9 Viktor Osimhen (21, “Napoli” – İtaliya) – 63
10 Ferran Torres (20, “Mançester Siti” – İngiltərə) – 57,7.