Futbol tarixinin şişirdilmiş 10 futbolçusu

“Football365” portalı futbol tarixinin ən çox şişirdilən futbolçularının siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində braziliyalı Pele yer alıb. Üçqat dünya çempionu olan braziliyalı hücumçu, nəşrin yazarlarına görə, həmin dövrdə Braziliyanın ən yaxşı futbolçusu deyildi və ona Eleno de Freytas və Qarrinça da kömək edirdi.

Siyahının ikinci sırasında Fransa milli komandasının sabiq futbolçusu David Jinola yer alıb. Üçüncü isə “Real”ın keçmiş müdafiəçisi Roberto Karlos olub.

İlk 10-luq

1 Pele – Braziliya milli komandası, “Santos”, “Nyu-York Kosmos”
2 David Jinola – Fransa milli komandası, PSJ, “Tottenhem”
3 Roberto Karlos – Braziliya, “Real”
4 Klod Makalele – Fransa, “Real”, “Çelsi”, PSJ
5 Georgi Kinkadze – Gürcüstan, “Ayaks”, “Mançester Siti”
6 Filippe Koutinyo – Braziliya, “İnter”, “Liverpul”, “Barselona”, “Bavariya”
7 Neymar – Braziliya, “Santos”, “Barselona”, PSJ
8 Pol Skoulz – İngiltərə, “Mançester Yunayted”
9 Hidetoşi Nakata – Yaponiya, “Parma”, “Roma”
10 Halk – Braziliya, “Portu”, “Zenit”, “Şanxay SİPQ”