“Onun David Silva kimi inanılmaz bir futbolçu ilə müqayisə olunması yaxşıdır” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Fil Fodenlə bağlı açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, futbolçunun David Silva ilə müqayisə olunmasına da toxunub:

“Foden Silvanın karyerasına sahib olsa, pis olmaz. Onun David Silva kimi inanılmaz bir futbolçu ilə müqayisə olunması yaxşıdır. Filin komandaya təsiri getdikcə artır, yüksək səviyyədə çıxış edir. Amma Silva Premyer Liqanın qalibi oldu, milli komanda ilə dünya çempionatını qazandı. Fodenin də yaşına uyğun əla perspektivi var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button