“Fluminense”yə qayıtmağı və o formanı yenidən geyinməyi düşünürəm”

Cari mövsümün sonunda PSJ-dən ayrılması gözlənilən Tiaqo Silva açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, sabiq klubu “Fluminense”yə qayıtmaq istədiyini bildirib:

“Həyatımın ən çətin zamanında “Fluminense” mənə dəstək oldu. Bunun üçün kluba çox minnətdaram. Bu, mənim üçün çox əhəmiyyətli bir şeydir. Nə vaxt olacağını bilmirəm, amma “Fluminense”yə qayıtmağı və o formanı yenidən geyinməyi düşünürəm”.

2012-ci ildən PSJ-nin şərəfini qoruyan Silvanın klubla müqaviləsi cari mövsümün sonunda başa çatır. O, 2006-2009-cu illərdə “Fluminense”nin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button