Flikin arzusu: Həm Levandovski, həm də Noyer…

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik ilin ən yaxşılarının mükafatlandırılması ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, “Bavariya”nın hücumçusu Robert Levandovskinin “The Best” mükafatını qazanmalı olduğunu bildirib:

“Levandovski bizim meydandakı ən vacib futbolçularımızdan biridir. O, həm də komandanın liderlərindəndir. Həm Levandovski, həm də Manuel Noyer bu gün mükafatlandırılmalıdır, biz bunu gözləyirik. Onlar buna layiqdirlər”.

Levandovski ilin ən yaxşı futbolçusu, Noyer isə ilin ən yaxşı qapıçısı adına namizəddir. Mükafatlandırma mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button