Riberinin evi qarət olundu

“Fiorentina”nın futbolçusu Frank Riberinin Florensiyadakı evi qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə “La Republica” nəşri məlumat yayıb. Naməlum şəxslər Riberi evdə olmadığı zaman onun evinə giriblər. Riberiyə dəyən zərərinin həcmi məlum deyil.

Riberi, “Parma” – “Fiorentina” (1:2) matçından sonra evə qayıdarkən evinin qarət olunduğunu bilib.