“Fiorentina”da koronavirus şoku

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Duşan Vlahoviç koronavirusa yoluxub.

Komanda.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ondan götürülən testlər müsbət nəticə verib.

Hazırda serbiyalı hücumçu evindədi. Onun xəstəlik simptomlarının olmadığı bildirilir.

“Fiorentina” qanunla tələb olunan bütün izolyasiya prosedurlarını aktivləşdirib. Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada “Sampdoriya”nın 5 futbolçusu – Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb. Həmçinin “Yuventus”un futbolçusu Daniel Ruqanidə də oxşar xəstəlik aşkarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button