“Fiorentina” futbolçusunu icarəyə verdi

İtaliyanın “Fiorentina” klubu müdafiəçisi Kristian Dalle Muranı icarəyə verib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 18 yaşlı futbolçunu “Recina”ya icarəyə göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtalyan futbolçu mövsümün sonuna kimi aşağı liqa təmsilçisində forma geyinəcək.

“Fiorentina”nın öz yetirməsi olan Mura, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayır.