Premyer Liqa klubunun futbolçusu ilin ən yaxşısı seçildi

Finlandiyada 2019-cu ilin ən yaxşı idmançısı məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Norviç” klubunun futbolçusu Teemu Pukkidir. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı hücumçu səsvermədə “Bayer”in qapıçısı Lukas Xradetsi ilə Formula-1 pilotu Valtteri Bottası qabaqlayıb.