Tarixə düşmək üçün 2 qol bəs etdi

Finlandiya milli komandası DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanı məğlub edib – 2:0.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada dubl edən finlandiyalı hücumçu Teemu Pukki yığmanın tarixinə düşüb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Pukkinin Qazaxıstanla səfər matçında vurduğu qollar onun yığmadakı 32 və 33-cü qolu olub. 31 yaşlı hücumçu 33 qolla Finlandiya milli komandasının ən yaxşı bombardiri olub.

Bundan əvvəlki rekordçu 32 qolla keçmiş hücumçu Yari Litmanen idi.