Final matçında meydana girən modelin “instagram” hesabı bağlandı FOTOLAR

Çempionlar Liqasının iyunun 1-də Madriddə keçirilən final oyununda meydana yarıçılpaq vəziyyətdə çıxan amerikalı aktrisa, model Kinsi Volanskinin “instagram”dakı hesabı bağlanıb.

Komanda.az xəbər verir ki, Volanski “Liverpul”la “Tottenhem” arasındakı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da, oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərlə artmışdı. 

Volanski rusiyalı bloqqer, “youtube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

“Liverpul” final görüşündə “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qalibi olub.