“Bu klub üçün hər şey etməyə dəyər” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Cordan Henderson açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu, keçən mövsüm Çempionlar Liqasının qalibi olduqdan sonra keçirdiyi hisslərlə bağlı danışıb:

“Bu, mənim üçün, komanda üçün və kluba bağlı olan hər kəs üçün çox möhtəşəm an idi. Bu böyük uğurdan sonra biz yenidən oynamaq, kuboklar üçün mübarizə aparmaq və hər şeyi yenidən etmək istəyirik. Ümid edirəm ki, biz bunu yenə bacaracağıq. Final fitindən sonra yaşadıqlarımız möhtəşəm idi. Eyni zamanda, oyun sonrası parad həyatımız boyunca unutmayacağımız bir şey idi. Kubokun sevincini yaşadıqdan sonra bunu dəfələrlə təkrar etmək istəyirsiz. Futbolçu karyerası qısadır, burda mənim 9-cu mövsümümdür və mən özümü 21 yaşdakı kimi hiss edirəm. Ümid edirəm ki, burdan gedənə qədər daha çox şey bacara bilərəm. Bu klub üçün hər şey etməyə dəyər. Bu komandanın kapitanı və klubun bir parçası olmaqdan qürur duyuram.

Son bir neçə ildə biz çox inkişaf etdik, daim özümüzü yaxşılaşdırmağa çalışdıq. Hər zaman daha çoxunu istəyirik. Əla komandamız və burda möhtəşəm insanlar var. Bu, daha vacibdir. Çünki daha çox şey qazanmaq üçün birlikdə olmalısan. Bu heyətdə çox böyük dəyər var”.

29 yaşlı futbolçu, komandanın baş məşqçisi Yurgen Klopp haqqında da danışıb:

“Klopp xüsusi insan və xüsusi məşqçidir. Bu, həm meydanda, həm də meydandan kənarda özünü göstərir. O, komandadakı balansı mükəmməl şəkildə saxlayır. Onun oyun anlayışı və bizim ondan öyrəndiklərimiz son illərdəki uğurlarımızda özünü göstərir. Komandadakı bütün futbolçular bizə fantastik məşqçinin rəhbərlik etdiyini deyirlər. Ümid edirəm ki, o, uzun müddət burda qalar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button