Azərbaycan klublarının 2020-ci ildəki transfer bazarlığı

FİFA transferlərlə bağlı 2020-ci ilin hesabatını təqdim edib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, hesabatda ötən il ərzində Azərbaycan klublarının transfer bazarlığı da qeyd olunub.

2020-ci ildə Azərbaycan klubları ümumilikdə 61 futbolçu alıb, 51-i ilə isə yollarını ayırıb. Klublar transferlərə təxminən 1 milyon dollardan çox pul xərcləyiblər. Futbolçu satışından isə gələn gəlir 1 milyon dollara yaxındır.