“Dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır” – İnfantino

FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ideyası ilə bağlı danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ali futbol qurumunun rəsmisi, bu layihənin üstünlüklərinin olduğunu deyib:

“Layihənin futbola təsirini təxmin edə bilirik. Dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır. Mundialın 4 ildən bir keçirilməsi qərarı veriləndə dünyada cəmi 40 milli komanda var idi. İndi isə bu rəqəm 211-dir. Bir çempionatın keçirilməsinə 5 ölkənin ərizə verəcəyi barədə söhbətlər gedir. Bu yarışın hər il təşkilindən danışsaq, 20 il ərzində təşkilatçı qismində 100 ölkə ola bilər”.

Dünya çempionatının iki ildən bir keçirilmə ideyasını FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger irəli sürüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button