FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırıldı

Afrika Futbol Konfederasiyasının prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhmədin futbol fəaliyyəti məhdudlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Qurumun Etika Komitəsi funksionerin fəaliyyətinə 5 il müddətində qadağa qoyub. O, vəzifəsindən sui-istifadə etdiyi və qanunsuz şəkildə vəsait mənimsədiyi üçün göstərilən müddətdə milli və beynəlxalq futbol fəaliyyətindən məhrum olub. Bundan başqa, qurum ona 200 min İsveçrə frankı məbləğində pul cəzası verib.

Əhməd Əhmədlə bağlı istintaq davam edir.