FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı baş məşqçi adına “Lids”in çalışdırıcısı Marselo Byelsa, “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik, “Liverpul”un baş məşqçisi Yurgen Klopp, “Sevilya”nı çalışdıran Xulen Lopeteqi və “Real”ın baş məşqçisi Zinəddin Zidan namizəd göstərilib.
Ən yaxşı baş məşqçilərin mükafatlandırma mərasimi dekabrın 17-də keçiriləcək. Tədbir koronavirus pandemiyası ilə bağlı olaraq onlayn formatda keçiriləcək.