Reytinq: Azərbaycan millisinin mövqeyi dəyişmədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 1180 xalla 109-cu pillədə qərarlaşıb.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri olan Portuqaliya 1662 xalla 5-ci, Serbiya 1495 xalla 30-cu, İrlandiya 1456 xalla 42-ci, Lüksemburq isə 1295 xalla 98-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button