Reytinq: Azərbaycan millisi gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən dəfə açıqlanan reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 1175 xalla 114-cü pillədə qərarlaşıb.

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri Monteneqro 64-cü, Lüksemburq 95-ci, Kipr isə 99-cu sırada yer alıb.

Reytinq cədvəlinə 1765 xalla Belçika millisi başçılıq edir.