Reytinq: Azərbaycan millisinin mövqeyi bilindi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan millisinin mövqeyi dəyişməyib. Milli komanda 1177 xalla 114-cü yerdə qalıb.

Reytinq siyahısının ilk üç pilləsində də dəyişiklik olmayıb. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.