Reytinq: Azərbaycan millisi 2 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Azərbaycan millisi 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi reytinq cədvəlində Tayland, Hindistan, Mavritaniya, Uqanda, Bəhreyn kimi yığmalardan geri qalır.

Reytinq cədvəlinə 1755 xalla Belçika milli komandası başçılıq edir. 2-ci sırada 1726 xalla Fransa, 3-cü yerdə isə 1715 xalla Braziliya yığmasıdır.

Azərbaycan millisinin AÇ-2020-dəki rəqiblərindən Xorvatiya 1631 xalla 7-ci, Uels 1524 xalla 24-cü, Slovakiya 1493 xalla 31-ci, Macarıstan isə 1429 xalla 50-ci sıradadır.

Türkiyə milli komandası isə 1490 xalla 32-ci pillədədir.