FİFA Blatterin cəzalandırılmasını istəyir

FİFA İsveçrə prokurorluğuna ali futbol qurumunun keçmiş prezidenti Yozef Blatterə qarşı açılmış istintaq işini dayandırmaması üçün müraciət edib.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb. Xəbərdə, FİFA-nın İsveçrə prokurorluğuna rəsmi müraciət etdiyi bildirilib. FİFA, sabiq prezident Blatterin cəzalandırılmasını istəyir. Ali futbol qurumu bunun üçün hüquqi baxımdan lazım olan hər şeyi etməyə hazırdır.

İsveçrə prokurorluğunun Blatterə qarşı açılmış iki işdən birini bağlamaq niyyətində olduğu iddia olunurdu.

Yozef Blatter 2015-ci ildə korrupsiyaya görə futboldan 8 illik diskvalifikasiya olunmuşdu. Onun cəzası 2016-cı ildə 6 ilə endirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button