FİFA dünya çempionatını təxirə saldı

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu il keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə 2021-ci ildə təşkil ediləcək.

DÇ-nin 12 sentyabr – 3 oktyabr tarixlərini əhatə edəcəyi açıqlanıb. Mundial əvvəlcədən nəzərdə tutulduğu kimi Litvada baş tutacaq.

FIFA həmçinin, qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar – 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını da açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button