FİFA-dan milli üzvünə 10 oyunluq cəza – irqçiliyə görə

FİFA bəhreynli futbolçu Sayed Baqeri iqrçiliyə görə cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Baqer DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Honq Konq – Bəhreyn matçında irqçiliyə əl atıb. Noyabrın 14-də Honq Konqda baş tutan həmin matçda yerli azarkeşlərə etdiyi jestlə onların qıyıqgöz olmasına sataşan bəhreynli oyunçu buna görə 10 oyunluq cəzaya məruz qalıb.

FİFA Bəhreyn yığmasının üzvünə həm də 30 min İsveçrə frankı məbləğində cərimə kəsib.